MƏXFİLİK SİYASƏTİ
“VVegold” MMC
Son dəyişiklik tarixi: 12.11.2026
1. ÜMUMİ MƏLUMATLAR VƏ TƏTBİQ DAİRƏSİ
“VVegold” MMC (bundan sonra — “Şirkət” və ya “Operator”) fərdi məlumatların toplanması, emalı, istifadəsi, saxlanılması və ötürülməsi qaydaları barədə istifadəçiləri məlumatlandırmaq məqsədilə bu Məxfilik Siyasətini hazırlamışdır.
Hazırkı Məxfilik Siyasəti (bundan sonra — “Siyasət”) wegold.az veb-saytı, onun mobil veb-versiyası, istifadəçi və inzibatçı interfeysləri, habelə Platformaya inteqrasiya edilmiş onlayn xidmətlər, vidjetlər və digər rəqəmsal vasitələr vasitəsilə əldə edilən məlumatlara tətbiq edilir.
Bu Siyasətdə başqa hal nəzərdə tutulmadıqda, Siyasət Şirkət tərəfindən Platformadan kənar mənbələrdən əldə edilən məlumatlara da müvafiq hallarda tətbiq edilə bilər.
İstifadəçi Platformada qeydiyyatdan keçməklə, Platformadan və ya Şirkətin xidmətlərindən istifadə etməklə, bu Siyasətin şərtləri ilə tanış olduğunu təsdiq edir və tətbiq olunan qanunvericiliklə tələb olunduğu hallarda fərdi məlumatlarının burada göstərilən məqsədlərlə emal edilməsinə razılıq verir.
Şirkət fərdi məlumatların emalını Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, o cümlədən “Fərdi məlumatlar haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər aidiyyəti normativ hüquqi aktlara uyğun həyata keçirir.
Platforma vasitəsilə qızılın satışını həyata keçirən Satıcı qismində Şirkət özü və ya Platformaya qoşulmuş digər hüquqi şəxs çıxış edə bilər. Şirkət Satıcı qismində çıxış etdiyi hallarda qızılın alqı-satqısı ilə bağlı fərdi məlumatları birbaşa öz Satıcı fəaliyyəti çərçivəsində, digər Satıcıların iştirakı ilə həyata keçirilən əməliyyatlarda isə Platformanın idarə edilməsi və müvafiq xidmətlərin göstərilməsi məqsədilə emal edə bilər.
2. FƏRDİ MƏLUMATLAR
Fərdi məlumatlar müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə aid olan məlumatlardır.
Şirkət, o cümlədən, lakin bununla məhdudlaşmamaqla, aşağıdakı fərdi məlumatları emal edə bilər:
1. ad və soyad;
2. mobil telefon nömrəsi;
3. elektron poçt ünvanı;
4. doğum tarixi;
5. fərdi identifikasiya nömrəsi (FİN);
6. şəxsiyyəti təsdiq edən sənədin növü və istifadəçi tərəfindən təqdim edilən elektron təsviri;
7. şəxsiyyətin təsdiqlənməsi məqsədilə təqdim edilən selfi şəkli;
8. çatdırılma ünvanı;
9. bank hesabına dair məlumatlar, o cümlədən hesab sahibinin adı, bankın adı və IBAN;
10. istifadəçinin qızıl balansı və qızılın alınması, satılması, saxlanılması və digər əməliyyatlarla bağlı məlumatlar;
11. ödəniş əməliyyatlarına dair məlumatlar, o cümlədən əməliyyatın məbləği, statusu, identifikatorları və qəbzlər;
12. sifarişlər və çatdırılma barədə məlumatlar;
13. hədiyyə kartları və vauçerlərlə bağlı məlumatlar, o cümlədən göndərən və alan şəxs barədə məlumatlar, hədiyyənin məbləği, qızılın miqdarı, çatdırılma məlumatları, təbrik mətni, hədiyyə və vauçer kodları;
14. istifadəçinin Şirkətə mü
raciət edərkən təqdim etdiyi məlumatlar;
15. Platformadan istifadə zamanı avtomatik olaraq formalaşan texniki və təhlükəsizlik məlumatları;
16. Platformanın və Şirkətin xidmətlərinin göstərilməsi üçün zəruri olan digər məlumatlar.
Şirkət fərdi məlumatları istifadəçinin Platformada qeydiyyatdan keçməsi, hesab yaratması, məhsul və xidmətlərdən istifadə etməsi, sifariş verməsi, ödəniş və digər əməliyyatlar həyata keçirməsi, hədiyyə göndərməsi və ya alması, Şirkətlə əlaqə saxlaması və digər qarşılıqlı fəaliyyət zamanı əldə edə bilər.
Bank kartının tam nömrəsi, kartın qüvvədə olma müddəti və CVC/CVV kodu Şirkət tərəfindən saxlanılmır. Belə məlumatlar, tətbiq edildiyi hallarda, müvafiq ödəniş xidməti təminatçısı tərəfindən emal edilə bilər.
3. FƏRDİ MƏLUMATLARIN EMAL MƏQSƏDLƏRİ
Fərdi məlumatların emal edilməsinin məqsədi “İstifadəçi Şərtləri”, “Platforma Xidmətləri Müqaviləsi” və s. kimi istifadəçi ilə münasibətləri tənzimləyən sənədlərdə sadalanan öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir.
Şirkət fərdi məlumatları, o cümlədən, aşağıdakı məqsədlərlə emal edə bilər:
- istifadəçinin Platformada qeydiyyata alınması, hesabının yaradılması və idarə olunması;
- istifadəçinin şəxsiyyətinin müəyyən edilməsi, autentifikasiyası, müştərinin tanınması və uyğunluq tədbirlərinin (KYC) həyata keçirilməsi;
- tətbiq olunan qanunvericilikdən irəli gələn AML/CFT və digər uyğunluq tədbirlərinin həyata keçirilməsi;
- sifarişlərin qəbul edilməsi, emalı və icrası;
- qızılın alınması, satılması, saxlanılması, geri alınması, fiziki təhvil verilməsi və Platformada təqdim olunan digər xidmətlərin göstərilməsi;
- hədiyyə kartlarının və vauçerlərin yaradılması, göndərilməsi, aktivləşdirilməsi və istifadə edilməsi;
- ödənişlərin qəbul edilməsi, emalı, təsdiqlənməsi və maliyyə əməliyyatlarının həyata keçirilməsi;
- çatdırılmanın təşkili, ünvanların yoxlanılması, çatdırılma vaxtı və statuslarının idarə edilməsi;
- istifadəçilərlə sifarişlər, hesab, təhlükəsizlik və Platformanın fəaliyyəti ilə bağlı əlaqə saxlanılması;
- elektron poçt, SMS, Platforma bildirişləri və digər kommunikasiya vasitələri ilə zəruri məlumatların göndərilməsi;
- istifadəçi müraciətlərinin, sorğularının, şikayətlərinin və təkliflərinin cavablandırılması;
- Platformanın təhlükəsizliyinin təmin edilməsi, sessiyaların idarə olunması, icazəsiz girişlərin, avtomatlaşdırılmış sui-istifadələrin, dələduzluq və digər hüquqazidd halların qarşısının alınması, aşkar edilməsi və araşdırılması;
- məlumatların təhlili, audit, Platformanın fəaliyyətinin və istifadəçi təcrübəsinin yaxşılaşdırılması;
- xidmətlərin inkişaf etdirilməsi və yeni funksionallığın yaradılması;
- satış və istifadə tendensiyalarının təhlili;
- istifadəçinin razılığı olduğu hallarda marketinq, kampaniya və xüsusi təkliflər barədə məlumatlandırma;
- mühasibat, vergi, maliyyə, audit, hüquqi və digər qanuni öhdəliklərin yerinə yetirilməsi;
- Şirkətin hüquqlarının və qanuni mənafelərinin qorunması;
- hüquqi tələblərin irəli sürülməsi, həyata keçirilməsi və ya müdafiəsi;
- qanunvericiliklə nəzərdə tutulmuş digər qanuni məqsədlər.
4. FƏRDİ MƏLUMATLARIN AÇIQLANMASI VƏ ÖTÜRÜLMƏSİ
Şirkət fərdi məlumatları Platformanın fəaliyyətinin təmin edilməsi, xidmətlərin göstərilməsi, əməliyyatların həyata keçirilməsi, istifadəçilərlə qarşılıqlı əlaqənin təmin edilməsi, təhlükəsizliyin qorunması, qanunvericilikdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və Şirkətin qanuni mənafelərinin qorunması məqsədilə üçüncü şəxslərə açıqlaya və ya ötürə bilər.
Fərdi məlumatlar, o cümlədən, lakin bununla məhdudlaşmamaqla, aşağıdakı kateqoriyalara aid şəxslər və təşkilatlarla paylaşıla bilər:
- Şirkətin aidiyyəti şəxsləri və tərəfdaşları;
- platformada qızılın satışını, saxlanılmasını, geri alınmasını və fiziki təhvil verilməsini həyata keçirən müvafiq Satıcılar;
- podratçılar və xidmət təminatçıları;
- ödəniş və maliyyə xidmətləri göstərən şəxslər;
- hostinq, server, məlumatların saxlanılması və İT infrastrukturu təminatçıları;
- rabitə, SMS, OTP, elektron poçt və bildiriş xidmətləri;
- identifikasiya, təhlükəsizlik və anti-fraud xidmətləri;
- müştəri dəstəyi və müraciətlərin idarə olunması xidmətləri;
- çatdırılma və logistika xidmətləri;
- ünvanların yoxlanılması və digər texniki xidmətlər;
- analitika və texniki xidmət təminatçıları;
- Platformanın və Şirkətin xidmətlərinin göstərilməsində iştirak edən digər şəxslər.
Platformanın fəaliyyəti, xidmətlərin göstərilməsi, texniki infrastrukturun istifadəsi və digər qanuni məqsədlərlə əlaqədar fərdi məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülə, saxlanıla və emal edilə bilər.
Belə hallarda Şirkət tətbiq olunan qanunvericiliyə uyğun olaraq məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması üçün müvafiq texniki, təşkilati, müqavilə və digər tədbirlər görür.
Şirkət fərdi məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallarda məhkəmələrə, hüquq-mühafizə orqanlarına, dövlət orqanlarına, tənzimləyici qurumlara və digər səlahiyyətli şəxslərə açıqlaya bilər.
Fərdi məlumatlar həmçinin Şirkətin, onun aidiyyəti şəxslərinin, istifadəçilərin və digər şəxslərin hüquqlarının, qanuni mənafelərinin, təhlükəsizliyinin və əmlakının qorunması, hüquqazidd halların qarşısının alınması və araşdırılması məqsədilə açıqlana bilər.
5. QEYRİ-FƏRDİ VƏ TEXNİKİ MƏLUMATLAR
Şirkət Platformanın fəaliyyəti, təhlükəsizliyi, istifadəsinin təhlili və xidmətlərin təkmilləşdirilməsi məqsədilə istifadəçini birbaşa müəyyən etməyə imkan verməyən texniki, statistik, ümumiləşdirilmiş və digər məlumatları əldə edə və emal edə bilər.
Belə məlumatlara, o cümlədən, aşağıdakılar aid ola bilər:
- brauzer, cihaz və əməliyyat sistemi haqqında məlumatlar;
- IP-ünvan və digər texniki identifikatorlar;
- sessiya məlumatları;
- Platformaya daxil olma vaxtı və istifadə xüsusiyyətləri;
- cookies və digər analoji texnologiyalar vasitəsilə əldə edilən məlumatlar;
- texniki və təhlükəsizlik jurnalları;
- statistik və ümumiləşdirilmiş məlumatlar;
- anonimləşdirilmiş və depersonallaşdırılmış məlumatlar;
- Platformanın fəaliyyəti və təhlükəsizliyinin təhlili üçün istifadə olunan digər texniki məlumatlar.
Texniki və ya qeyri-fərdi məlumatlar digər məlumatlarla birləşdirildikdə konkret şəxsi müəyyən etməyə imkan verirsə, belə məlumatlar fərdi məlumat kimi emal edilir.
Şirkət anonimləşdirilmiş, ümumiləşdirilmiş və konkret şəxsi müəyyən etməyə imkan verməyən məlumatlardan qanunvericiliyə uyğun olaraq istənilən qanuni məqsədlər üçün istifadə edə bilər.
6. COOKIES VƏ DİGƏR TEXNOLOGİYALAR
Şirkət Platformanın düzgün və təhlükəsiz fəaliyyətini təmin etmək, istifadəçi sessiyalarını idarə etmək, autentifikasiyanı həyata keçirmək, istifadəçi seçimlərini yadda saxlamaq və inzibatçı funksiyalarını təmin etmək məqsədilə cookies və digər analoji texnologiyalardan istifadə edə bilər.
Hazırda Platformada aşağıdakı əsas cookies istifadə olunur:
| Cookie | Təyinat | Saxlanılma müddəti | Kateqoriya |
|---|---|---|---|
| wg_access | autentifikasiya və aktiv sessiyanın idarə olunması | 15 dəqiqə | zəruri |
| wg_refresh | istifadəçi sessiyasının yenilənməsi | 7 gün | zəruri |
| wg_session | sessiyanın vəziyyətinin və interfeys funksiyalarının təmin edilməsi | 7 gün | zəruri / funksional |
| wg_impersonate | inzibatçının müvafiq inzibati funksiyasının təmin edilməsi | 8 saat | zəruri / funksional |
Şirkət gələcəkdə Platformanın funksionallığının, təhlükəsizliyinin, analitikasının və marketinq imkanlarının təkmilləşdirilməsi məqsədilə əlavə cookies və digər texnologiyalardan istifadə edə bilər. Bu halda müvafiq məlumatlandırma və zəruri olduqda bu Siyasət yenilənə bilər.
7. IP-ÜNVANLAR VƏ TEXNİKİ İDENTİFİKATORLAR
Platformadan istifadə zamanı istifadəçinin IP-ünvanı və digər texniki identifikatorları avtomatik müəyyən edilə, emal edilə və texniki sistemlərdə qeyd oluna bilər.
Şirkət belə məlumatlardan, o cümlədən, aşağıdakı məqsədlərlə istifadə edə bilər:
- Platformanın təhlükəsizliyinin təmin edilməsi;
- autentifikasiya və sessiyaların idarə olunması;
- icazəsiz girişlərin və avtomatlaşdırılmış sui-istifadələrin qarşısının alınması;
- sorğuların tezliyinin məhdudlaşdırılması;
- texniki nasazlıqların aşkar edilməsi;
- dələduzluq və şübhəli fəaliyyətlərin aşkar edilməsi;
- statistik və texniki təhlillər;
- Şirkətin qanuni mənafelərinin qorunması.
IP-ünvanlar və digər texniki məlumatlar Platformanın fəaliyyəti və təhlükəsizliyinin təmin edilməsi üçün üçüncü şəxslərə ötürülə bilər.
IP-ünvan və digər texniki identifikator konkret istifadəçi ilə əlaqələndirildikdə və ya onun müəyyən edilməsinə imkan verdikdə fərdi məlumat kimi emal edilə bilər.
8. HƏDİYYƏ KARTLARI, İSTİFADƏÇİLƏR ARASINDA MƏLUMAT MÜBADİLƏSİ VƏ DƏSTƏK XİDMƏTLƏRİ
Platformanın bəzi funksiyaları çərçivəsində istifadəçilər arasında məhdud həcmdə məlumat mübadiləsi həyata keçirilə bilər.
Hədiyyə kartının və ya vauçerin göndərilməsi zamanı göndərən şəxs alan şəxsin adı, mobil telefon nömrəsi, elektron poçt ünvanı, çatdırılma ünvanı, təbrik mətni və əməliyyat üçün zəruri olan digər məlumatları təqdim edə bilər.
Hədiyyə kartının aktivləşdirilməsi və ya istifadəsi zamanı alan şəxs göndərən şəxslə bağlı müəyyən məlumatları, o cümlədən ad və soyadı, hədiyyənin məbləğini, qızılın miqdarını, hədiyyənin növünü, təbrik mətnini, istifadə müddətini və əməliyyatla bağlı digər məlumatları görə bilər.
Göndərən şəxs də hədiyyə əməliyyatı ilə bağlı alan şəxs barədə Platformaya təqdim etdiyi məlumatları və əməliyyatın statusu barədə məlumatları görə bilər.
İstifadəçilər digər şəxslər barədə məlumatları Platformaya təqdim edərkən belə məlumatların təqdim edilməsi üçün zəruri hüquqi əsasa malik olmalı və təqdim edilən məlumatların düzgünlüyünü təmin etməlidirlər.
İstifadəçi əlaqə forması, dəstək vidjeti, elektron poçt və digər kommunikasiya vasitələri ilə Şirkətə müraciət etdikdə təqdim etdiyi məlumatlar müraciətin cavablandırılması, araşdırılması, müştəri dəstəyi və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə emal edilə bilər.
9. TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ
Şirkət öz nəzarətində olan fərdi məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə risklərin xarakterinə və tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun təşkilati, texniki və inzibati təhlükəsizlik tədbirləri tətbiq edir.
Belə tədbirlərə, o cümlədən, lakin bununla məhdudlaşmamaqla, aşağıdakılar aid ola bilər:
- giriş hüquqlarının məhdudlaşdırılması;
- autentifikasiya və sessiyaların idarə olunması;
- məlumatların ötürülməsi zamanı təhlükəsiz rabitə protokollarından istifadə;
- icazəsiz girişlərin və sui-istifadə hallarının qarşısının alınması;
- təhlükəsizlik hadisələrinin monitorinqi;
- texniki jurnalların aparılması;
- ehtiyat nüsxələrin yaradılması;
- digər müvafiq təhlükəsizlik tədbirləri.
Şirkət təhlükəsizlik tədbirlərini texnoloji dəyişikliklər, müəyyən edilmiş risklər və Platformanın inkişafı nəzərə alınmaqla dövri olaraq nəzərdən keçirə və təkmilləşdirə bilər.
İnternet üzərindən məlumatların ötürülməsi və elektron sistemlərdə saxlanılması zamanı tam təhlükəsizliyə zəmanət vermək mümkün deyil.
İstifadəçi hesabının və ya fərdi məlumatlarının təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda dərhal Şirkətlə əlaqə saxlamalıdır.
10. SEÇİM AZADLIĞI VƏ MARKETİNQ KOMMUNİKASİYALARI
İstifadəçi Şirkətin xidmətləri, yenilikləri, kampaniyaları, xüsusi təklifləri və digər marketinq xarakterli məlumatları elektron poçt, SMS, Platforma bildirişləri və digər kommunikasiya vasitələri ilə almağa razılıq verə bilər.
İstifadəçi istənilən vaxt marketinq xarakterli bildirişlərdən imtina edə və ya kommunikasiya seçimlərini Platformadakı şəxsi kabinet, bildiriş parametrləri, müvafiq mesajlarda təqdim olunan imtina mexanizmi və ya “Əlaqə məlumatları” bölməsində göstərilən vasitələr ilə dəyişə bilər.
Marketinq bildirişlərindən imtina edilməsi hesabın idarə olunması, təhlükəsizlik, autentifikasiya, ödənişlər, sifarişlər, çatdırılma, KYC və digər xidmətlərlə bağlı zəruri və xidmət xarakterli bildirişlərin göndərilməsinə təsir etmir.
11. FƏRDİ MƏLUMATLARA GİRİŞ, DÜZƏLİŞ VƏ SİLİNMƏ
İstifadəçi Platformadakı şəxsi kabinet vasitəsilə öz fərdi məlumatlarının bir hissəsinə baxa, onları yeniləyə və ya düzəliş edə bilər.
İstifadəçi hesabının silinməsi və fərdi məlumatlarının emalının dayandırılması ilə bağlı Platformada mövcud olan funksiyalardan istifadə edə və ya Şirkətə müraciət edə bilər.
Hesabın və ya fərdi məlumatların silinməsi barədə sorğu daxil olduqda, Şirkət tətbiq olunan qanunvericiliyin tələblərini, o cümlədən maliyyə, mühasibat, vergi, AML/CFT, tənzimləyici hesabatlılıq, audit, hüquqi müdafiə və digər məcburi saxlanma öhdəliklərini nəzərə alaraq məlumatların bir hissəsini qanunvericiliklə və ya müvafiq öhdəliklərlə müəyyən edilmiş müddət ərzində saxlaya bilər.
Belə hallarda məlumatlar silinə, anonimləşdirilə, emalı məhdudlaşdırıla və ya qanuni əsas mövcud olduğu müddət ərzində saxlanıla bilər.
Müəyyən məlumatların silinməsi istifadəçi hesabının və ya Platformanın müəyyən funksiyalarının istifadəsinin dayandırılması ilə nəticələnə bilər.
Fərdi məlumatların əsas sistemdən silinməsindən sonra onların ehtiyat nüsxələrdə müəyyən müddət ərzində saxlanılması mümkündür.
12. FƏRDİ VƏ DİGƏR MƏLUMATLARIN SAXLANILMA MÜDDƏTİ
Şirkət fərdi məlumatları onların toplanması və emalı məqsədlərinin həyata keçirilməsi üçün zəruri olan müddət ərzində, habelə tətbiq olunan qanunvericilikdən, müqavilə münasibətlərindən, maliyyə, mühasibat, vergi, AML/CFT, audit, tənzimləyici hesabatlılıq, hüquqi müdafiə və digər öhdəliklərdən irəli gələn müddətlər ərzində saxlaya bilər.
Məlumatların saxlanma müddəti məlumatın növündən, emal məqsədindən, istifadəçi ilə münasibətlərin xarakterindən, həyata keçirilmiş əməliyyatlardan, qanunvericilik və səlahiyyətli dövlət orqanlarının tələblərindən, habelə Şirkətin qanuni mənafelərinin qorunması zərurətindən asılı olaraq fərqlənə bilər.
İstifadəçi hesabını sildikdə və ya məlumatların silinməsi barədə müraciət etdikdə belə, saxlanılması qanunvericilik və ya digər hüquqi öhdəliklərlə tələb edilən məlumatlar müvafiq müddət ərzində saxlanıla bilər.
Texniki məlumatlar, təhlükəsizlik jurnalları, əməliyyat qeydləri və ehtiyat nüsxələr ayrıca saxlanma müddətlərinə malik ola bilər.
Saxlanma üçün hüquqi, müqavilə və ya digər əsas aradan qalxdıqda məlumatlar tətbiq olunan qanunvericiliyə və Şirkətin daxili prosedurlarına uyğun olaraq silinir, anonimləşdirilir və ya digər şəkildə emaldan çıxarılır.
13. YETKİNLİK YAŞINA ÇATMAMIŞ ŞƏXSLƏR
Platforma 18 (on səkkiz) yaşına çatmamış şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır.
Şirkət 18 yaşına çatmamış şəxslərdən bilərəkdən fərdi məlumatların təqdim edilməsini tələb etmir və belə şəxslərin Platformada qeydiyyatdan keçməsini və ya xidmətlərdən istifadə etməsini nəzərdə tutmur.
Şirkət istifadəçinin 18 yaşına çatmadığını müəyyən etdikdə, tətbiq olunan qanunvericiliyin tələbləri nəzərə alınmaqla həmin şəxsin Platformaya çıxışını məhdudlaşdıra, hesabını dayandıra və ya digər zəruri tədbirlər görə bilər.
14. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR
Şirkət bu Siyasətə vaxtaşırı dəyişiklik və əlavələr etmək hüququna malikdir.
Siyasətin aktual redaksiyası Platformada dərc edilir və orada göstərilən tarixdən qüvvəyə minir.
Şirkət Siyasətə mühüm dəyişikliklər edildiyi hallarda istifadəçiləri Platforma, elektron poçt, SMS, şəxsi kabinetdə bildiriş və ya digər uyğun kommunikasiya vasitələri ilə məlumatlandıra bilər.
Tətbiq olunan qanunvericilik və ya dəyişikliklərin xarakteri istifadəçinin ayrıca razılığının alınmasını tələb etdiyi hallarda Şirkət belə razılığın alınması üçün müvafiq mexanizmlər tətbiq edə bilər.
Tətbiq olunan qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, dəyişikliklər qüvvəyə mindikdən sonra Platformadan və ya Şirkətin xidmətlərindən istifadənin davam etdirilməsi istifadəçinin yenilənmiş Siyasətlə tanış olması və onun şərtlərini qəbul etməsi kimi qiymətləndirilə bilər.
15. ƏLAQƏ MƏLUMATLARI
Fərdi məlumatların toplanması, emalı, saxlanılması, qorunması, yenilənməsi, düzəldilməsi, silinməsi, emalının məhdudlaşdırılması və fərdi məlumat subyektinin digər hüquqlarının həyata keçirilməsi ilə bağlı istifadəçi Şirkətlə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilər:
Şirkətin adı: “VVegold” MMC
Veb-sayt: wegold.az
Elektron poçt ünvanı: info@wegold.az
Əlaqə nömrəsi: +994 10 177 78 88
Poçt ünvanı: Rəşid Behbudov küçəsi 48, Bakı, Azərbaycan
Fərdi məlumatlarla bağlı müraciətlər tətbiq olunan qanunvericiliyin tələblərinə, bu Siyasətə və Şirkətin daxili prosedurlarına uyğun olaraq nəzərdən keçirilir.
Şirkət müraciətin mahiyyətindən asılı olaraq istifadəçinin şəxsiyyətinin təsdiqlənməsi, sorğunun dəqiqləşdirilməsi və ya onun icrası üçün zəruri olan əlavə məlumat və sənədləri tələb edə bilər.
Şirkət qanunvericiliklə nəzərdə tutulmuş hallarda müraciətin icrasından imtina edə, onun icrasını məhdudlaşdıra və ya müəyyən məlumatların saxlanılmasını davam etdirə bilər.